Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) imtahanların gedişini izləyib. ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, izləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri və Opertaiv Qərargahın sədri Lyudmila Muradova da iştirak edib.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində “ASOR” (seçmə fənni), “Beynəlxalq münasibətlər tarixi”, 1 saylı İngilis dili fakültəsində “Tibbi biliklərin əsasları”, “Ölkəşünaslıq”, “Üslubiyyat”, 2 saylı İngilis dili fakültəsində “İngilis dilinin tədrisi metodikası”, Tərcümə fakültəsində “Xarici dil - II”, Alman dili fakültəsində “Seçmə fənn”, Fransız dili fakültəsində “Fransız dili- post debutant pillə” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imtahan sessiyasında şəffaflığı təmin etmək və yaranacaq mənfi halları aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.