Modern.az

“Eurovision”la bağlı Azərbaycana gələn turistlərin sayı açıqlandı

“Eurovision”la bağlı Azərbaycana gələn turistlərin sayı açıqlandı

Təhsil

12 İyun 2012, 11:57

"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb. Modern.az-ın məlumatına görə, bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqmalasında bildirib.

Nazirin sözlərinə görə, rəsmi olaraq müsabiqə iştirakçıları və nümayəndə heyətləri ilə bağlı qonaqların sayı 6-7 min arasında təşkil edir. Ə.Qarayev bu ərəfədə 15 gün müddətində 103 min adamın Azərbaycan sərhəddini keçdiyini deyib.

Nazir həmçinin vurğulayıb ki, 15 gün müddətində Azərbaycana 30-40 min nəfərdən çox adam gəlmir. Bu, normal qaydadır. Qarayevin sözlərinə görə, müsabiqə ərəfəsində və günlərində ölkəmizə turizm məqsədilə gəlmiş insanların sayının 50 mindən çox olması nəticəsinə gəlmək olar:

 "Bütün mehmanxanalardakı yataq yerlərində, evlərdə, öz yaxınlarının, qohumlarının yanında yerləşdirilməklə turizm məqsədilə ölkəmizə gəlmiş insanların sayı 50 mindən çox olub. "Eurovision" mühitinə daxil olmaq, bu sevinci yaşamaq, insanarla bərabər olmaq ücün Azərbaycana gələnlərin sayı artıb. Əminəm ki, "Eurovision"un Azərbaycanda böyük uğurla keçirilməsi ölkəyə turist axının çoxalmasına böyük təkan verəcək".

Ə.Qarayev bildirib ki, müsabiqə ərəfəsində Azərbaycana daha çox gediş-gəliş üçün nəqliyyatı asan, birbaşa aviareysləri olan ölkələrdən, qonşu dövlətlərdən - Gürcüstan, İran, Türkiyə və Orta Asiyadan turist gəlib. Nazir həmin ərəfədə hətta ABŞ-dan da Azərbaycana xüsusi turist qruplarının gəldiyini söyləyib.

Modern.az                

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir