Modern.az

Bakının 3 rayonunda suyun verilişində məhdudiyyətlər olacaq

Bakının 3 rayonunda suyun verilişində məhdudiyyətlər olacaq

13 İyun 2012, 12:03

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə T.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində 300 mm diametrli magistral xəttin 80 metrlik hissəsi yeni borularla əvəzlənir. Bununla əlaqədar iyun ayının 13-də gün ərzində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir