Modern.az

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Təhsil

13 İyun 2012, 13:58

Milli Məclisin deputatları Rasim Musabəyov, Ceyhun Osmanlı və Mixail Zabelin iyunun 13-də  Rusiyaya səfər edəcəklər. Bu barrədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, millət vəkilləri Moskva şəhərində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər iyunun 15-də başa çatacaq.

Milli Məclisin daha 4 üzvü Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar. Millət vəkilləri Haaqa şəhərində keçiriləcək Benelüks Paralmentinin sessiyasında iştirak edəcəklər.

İclasda kiber cinayət, üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Tədbirə GUAM Parlament Assambleyasının sədri qismində qatılacaq Elton Məmmədov rəhbərlik etdiyi qurumla Benelüks Parlament Assambleyası arasında gələcək əməkdaşlığın perspektivləri, təşkilatın stukturu və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.

Səfər iyunun 18-də başa çatacaq.

Deputat Fuad Muradov isə iyunun 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək. Millət vəkili burada Avropanın Mühafizəkarlar və İslahatçılar Alyansının keçirdiyi konfransda iştirak edəcək. Tədbirdə Avropa ölkələrində  fərdi azadlıq, demokratiya, azad ticarət mövzuları ətrafında müzakirələr aparılacaq.

Səfər iyunun 16-da başa çatacaq.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!