Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarla bağlı yayılan bir xəbər yazıçının ciddi etirazına səbəb olub. Bu barədə Modern.az-a AYB-nin mətbuat xidmətindən bildirilib. AYB-dən saytımıza verilən açıqlamada qeyd edilib:
”Yazıçılar Birliyinin sədri Anara qarşı təxribatlardan usanıb utanmayan «Azadlıq» qəzeti (13 iyun 2012) «Yazıçı Anar qarovulçunu məhkəməyə verib» başlığıyla yazı verib. Bu, növbəti çirkin yalandır. Anar heç bir qarovulçunu, ümumiyyətlə heç vaxt, heç kəsi məhkəyə verməyib. O cümlədən belə iftiraları uyduranları da”.
Modern.az