Bir neçə gün öncə sosial şəbəkələrdə başlamış iki polisin naməlum bir qadını sürüyə-sürüyə aparmasıyla bağlı videogörüntünün müzakirəsi mətbuatda davam etdirilməkdədir. Dünən belə müzakirələrdən birini “Azadlıq” radosu açıb. Virtual müzakirəyə müxtəlif ekspertlər və QHT nümayəndələri ilə yanaşı millət vəkili Gülər Əhmədova da dəvət olunub.
Bu gün G.Əhmədova Modern.az-a açıqlamasında “Azadlıq” radosunun onun çıxışını təhrif etməkdə günahlandırıb.
G.Əhmədovanın sözlərinə görə, o, açıq şəkildə bildirib ki, həmin görüntü xoş bir şey deyil və Daxili İşlər Nazirliyinin bu məsələni araşdıracağına əminliyini ifadə edib. Radionun “cinayətkarla belə davranmaq olarmı?” sualının cavabında millət vəkili “cinayətkarla hər cür davranmaq olar, söhbət bu qadından getmir”-deyib. Sonra isə izahat verib ki, bəzən elə cinayətlər olur ki, ən yumşaq şəraiti polis yaradır. Misal çəkib:”Kiçik qızını öldürən atayla ananı camaatın əlinə versəydilər, onları məhkəmədə öldürərdilər”.
G.Əhmədova iddia edib ki, bu açıqlamada hər şey kifayət qədər aydın olsa da, “Azadlıq” radiosu onun “cinayətkarla hər cür davranmaq olar” fikrini başlığa çıxarmaqla, fikirlərini kontekstdən çıxarıb.
”Ona görə də acıqlamaya bəzi izahlar da əlavə etməliyik. Həqiqətən də şərait bəzən polisin cinayətkarla sərt davranmasını tələb edir. Məsələn, dəfələrlə cinayət törətmiş qatı cinayətkarın polisdən qaçmaq cəhdinin qarşısını necə almaq olar? Və ya polis ona fiziki güc tətbiq etmək istəyən canidən özünü necə müdafiə edə bilər? Nəzərə alaq ki, cinayəti adətən ruhi-psixoloji durumu normal olmayan insanlar törədir”.
Xatırladaaq ki, “Polis haqqında Azərbaycan Respublikasının qanunu”un 26 maddəsində bu məsələlər əksini tarıb.
Maddə 26. Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın
tətbiqi
I. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:
1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
2) inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda;
3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.
Həmin maddənin II bəndi isə məhz polis əməkdaşının onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri hansı hallarda tətbiq edə bilməsi qeyd olunur ki, buraya çox müxtəlif situasiyalar daxildir.
Millət vəkili məhz bu cür situasiyaları (söhbətin cinayət aləmindən getdiyini nəzərə alsaq, müvafiq situasiyaların tez-tez yarandığını anlamaq çətin deyil) nəzərdə tutaraq, “cinayətkarla hər cür davranmaq olar” dediyini bildirir.
”Məsələn, ADNA-dakı terror hadisəsini törətmiş təhlükəli cinayətkarla polis necə davrana bilərdi? Həmin cinayətkar məhz polisin yumşaq davranışı ucbatından qaçsaydı, indi bu şərhləri verənlər polisi müdafiəmi edəcəkdilər?
Yəni, başqa sözlə desək, situasiyadan asılı olaraq, polisin cinayətkarla hər cür davranması mümkün ola bilər. Məsələn, əgər cinayətkar hadisə yerindən qaçırsa, onun qolunu buran polis “bağışla” deyə xəbərdarlıq etməyə bilər... Yəni, bu qədər bəsit..”.