Modern.az

Deputat: “İsrail bu addımla öz nüfuzunu itirə bilər”

Deputat: “İsrail bu addımla öz nüfuzunu itirə bilər”

Təhsil

13 İyun 2012, 15:27

“Qondarma “erməni soyqırımı”nın İsrail parlamentdə müzakirəsi heç də Türkiyə ilə bağlı deyil”. Bu fikirləri Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Bəxtiyar Əliyev İsrail parlamentində qondarma “erməni soyqırımı”nın müzakirəyə çıxarılmasını Modern.az-a şərh edərkən bildirib. Millət vəkilinin sözlərinə görə, dırnaqarası soyqırımı iddiasını İsrail parlamenti qəbul etməyəcək.

“Mən düşünmürəm ki, İsrail qondarma “soyqırımı”nı qəbul etsin. İsrail bunu tanımaqla özünü yalnız nüfuzdan sala bilər.
Məncə, saxta “erməni soyqırımı”nın parlamentdə müzakirəsi Türkiyə ilə bağlı deyil. Burada başqa məqamlar var. Çünki, əvvəllər də buna cəhdlər göstərilirdi. Bu istiqamətdə müxtəlif təşəbbüslər olub. Burada da siyasi məqamlar var idi. Amma İsrail dövləti birmənalı olaraq mövqeyini ortaya qoyaraq, qondarma “soyqırımı” ilə bağlı öz fikirini ifadə edib ki, belə bir hadisə olmayıb. Onlar bildiriblər ki, tarixdə ən dəhşətli soyqırımı yəhudilərə qarşı olub. Bu baxımdan mən düşünmürəm ki, İsrail belə yalan iddianı qəbul etsin”, - deyə B.Əliyev vurğulayıb.

Qeyd edək ki, İsrail Parlamentinin dünən keçirilən iclasında qondarma “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılıb. 1915-ci ildə baş verən hadisələr haqda müzakirələr aparılıb. İsrailin parlament sədri Reuven Rivlin açıqlamasında bunu müsbət qarşıladığını bildirib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!