Modern.az

Jurnalist Natiq Cavadlı: "Mənə hədə-qorxu gəldi ki, “səni məhv edəcəm”"

Jurnalist Natiq Cavadlı: "Mənə hədə-qorxu gəldi ki, “səni məhv edəcəm”"

Təhsil

13 İyun 2012, 15:38

Fəaliyyəti dayanmış “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Eynulla Fətullayevlə vaxtilə sözügedən qəzetin əməkdaşları olmuş şəxslər arasında qalmaqal böyüyür. Belə ki, bu gün Eynulla Fətullayevin atası Natiq Cavadlıya zəng edərək onu söyüb və hədələyib.

Natiq Cavadlı Modern.az saytına açıqlamasında hadisəni təfərrüatı ilə danışıb.

Jurnalist qeyd edib ki, səhər saatlarında “Bizim yol” qəzetində iclas bitdikdən sonra onun telefonuna tanımadığı nömrədən zəng gəlib.

“Çünki mən artıq onların nömrələrini telefonumdan silmişəm. Telefonu açdım, Eynulla Fətullayevin atası Emin Fətullayev idi, Modern.az-a  müsahibəmdə onun adını çəkdiyim üçün məni təhqir etdi, ünvanıma pis söyüşlər səsləndirdi. Sonra da hədə-qorxu gəldi ki, “səni məhv edəcəm”. Mən ona heç bir cavab verməyib, təşəkkür edib söndürdüm”.

N.Cavadlı Emin Fətullayevin ona iki dəfə zəng etdiyini deyir. O, Emin Fətullayevin onun ünvanına söylədiyi nalayiq sözləri bütün redaksiyanın eşitdiyini vurğulayıb.

“Telefon mikrafonda idi və bütün redaksiya onun dediklərini eşidirdi. Nəhayət, həmkarım Pərviz Həşimli dözməyib, telefonu alıb ona dedi ki, “ayıbdır, bu nə hərəkətdir edirsən?””.

Bununla bağlı yalnız həmkar dostlarına, qəzet və agentliklərə açıqlama verdiyini deyən jurnalist heç bir tədbir görməyəcəyini vurğulayıb. “Ağsaqqal kişidir, ona nə deməliyəm? Hər halda mən öz səviyyəmi qorumalıyam”.

Bilirsiniz, biz - o qəzetdə (“Gündəlik Azərbaycan”) işləyənlər hərəkətimizə, onu müdafiə etdiyimizə görə peşman deyilik. Çünki dəyərləri müdafiə etmişik, daha nə bilərdik ki, bu dəyərlərə qarşı dəyərsiz münasibət olacaq. Mənim üçün Eynulla Fətullayev dəftəri bağlanıb. Ona görə o məsələlərə qayıtmaq istəmirəm. Hərə özünə görə vicdanını qorumalıdır” deyə Natiq Cavadlı vurğulayıb.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!