Türkdilli Ölkələrin Parlament Assmableyasının III sessiyasının iclasında iştirak etmək üçün Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-dən 17-ə kimi Qırğızıstanın paytaxtı Bişkekdə olacaq.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a nümayəndə heyətinin tərkibinə parlament sərin birinci müavini Ziyafət Əsgərov, parlamentin komitə sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Çingiz Qənizadə, Sədaqət Vəliyeva və bir sıra rəsmi şəxslər iştirak edəcəklər.
“Burada bir neçə məsələrin müzakirəsi nəzərdə tutulur. Əsasən Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq əlaqələr, sosial, hümanitar, mədəniyyət, iqtisadiyyat, ticarət və maliyyə məsələləri və digər komissiyaların hesabat məruzələri dinləniləcək, tövsiyyə xarakterli qərarlar müzakirə olunacaq və bir sıra təşkilatı məsələlərə baxılacaq”,- deyə A.Təvəkküloğlu qeyd edib.
O eyni zamanda bildirib ki, bu sessiya çərçivəsində beynəlxalq muşahidəçilər missiyasının Türkiyədə və Qazaxıstanda keçirilmiş parlament seçkilərinə, Qırğızıstanda isə prezident seçkilərinə dair məruzələri dinləniləcək.
“Sessiyasının sonunda Bişkek bəyannaməsi qəbul olunacaq. Bundan başqa Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan parlament sədrlərinin də ikitərəfli görüşləri nəzərdə tutulur. Bu görüşlərdə türk birliyinin möhkəmlənməsi, həm də regional məsələlər diqqətdə olacaq”.
Aytən ƏLİYEVA