Modern.az

“Eurovision-2012”yə gələn bir qrup əcnəbi Bakıda xəstələnib, əməliyyat olunub

“Eurovision-2012”yə gələn bir qrup əcnəbi Bakıda xəstələnib, əməliyyat olunub

Təhsil

13 İyun 2012, 18:41


Bakıda keçirlmiş “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi günlərində xeyli əcnəbi turist xəstələnərək tibbi xidmətdən istifadə etməli olub.

Modern.az saytının Səhiyyə Nazirliyinin rəsmi orqanına istinadən verdiyi  məlumata görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyevin yanında keçirilən xüsusi toplantıda məlumat verilib.

Toplantıda bildirilib ki, “Eurovision-2012” müddətində Bakıdakı müxtəlif xəstəxanalar üzrə xüsusi hazırlıq keçmiş 200 nəfər tibb işçisi fəaliyyət göstərib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, “Eurovision-2012” müddətində 33 təcili yardım briqadası gücləndirilmiş rejimdə çalışıb. Baş həkim deyib ki, müsiqi yarışması ərəfəsində təcili yardıma müraciət edən xəstələrdən 9 xarici ölkə vətəndaşı xəstəxanaya yerləşdirilərək, onlara lazimi tibbi yardım göstərilib.

M.Həmidov deyib ki, “Eurovision-2012”  beynəlxalq musiqi yarışması ilə əlaqadar ölkəmizə səfər edən müsabiqə iştrakçıları, minlərlə turist və “Baku Crystal Hall”da çalışan işçilər arasında  ehtiyacı olan hər kəsə yüksək səviyyədə tibbi xidmət  göstərilib.

Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov da ehtiyacı olan xarici turistlərə lazimi tibbi yardım göstərildiyini vurğulayıb T.Bəbirov “Eurovision-2012” keçirildiyi müddətdə Kliniki Tibbi Mərkəzə 19 əcnəbini müraciət etdiyini bildirib. Onlardan biri - 1989-cu il təvəllüdlü Almaniya vətəndaşı qara ciyərinin sol payının partlaması ilə əlaqadar laparoskopik əməliyyat olunub, bir həftə sonra kafi vəziyyətdə xəstaxanadan çıxıb.

Kliniki Tibbi Mərkəzə daxil olan  40 yaşlı Türkiyə vətəndaşı isə mədə xorasının  deşilməsi ilə əlaqadar əməliyyat edilib, sonra kafi vəziyyətdə mərkəzdən çıxıb.

T.Bəbirov aralarında Çin, Türkiyə, Belçika, Almaniya, Qazaxıstan, Litva, Filippin, Malta, Böyük-Britaniya və başqa ölkələrin vətəndaşlarının  olduğu 17 nəfərin  ancaq ambulator yardıma ehtiyac duyduğunu qeyd edib və onlara da lazimi tibbi xidmətin göstərildiyini vurğulayıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!