Modern.az

ATƏT prezident seçkilərini izləmək üçün dəvət ediləcək

ATƏT prezident seçkilərini izləmək üçün dəvət ediləcək

14 İyun 2012, 12:07

Modern.az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor Azərbaycana səfəri çərçivəsində bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüşüb. Görüşdə ATƏT sədri 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək istədiklərini  bildirib. E.Gilmor bunun üçün Azərbaycandan dəvət gözlədikələrini vurğulayıb.

Vitse-spiker Bahar Muradova isə  ATƏT kimi bütün beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək seçkiləri izləmək üçün dəvət olunacağını bildirib:

"Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir".

E.Gilmor görüş zamanı  “Diffamasiya haqqında” qanunla bağlı çıxış edərək qanunun qəbulunun  vacib olduğunu bildirib.

ATƏT sədri qeyd edib ki,  Azərbaycan Cənubi Qafqazda sözügedən qanunu hələlik qəbul etməyən yeganə ölkədir:

“Ona görə hesab edirəm ki, artıq Azərbaycanda da belə bir qanunun qəbulu vacibdir və onun reallaşdırılması tezləşdirilməlidir”.

B.Muradova hazırda Azərbaycanda diffamasiya ilə bağlı qanunun hazırlanması yönündə müzakirələr davam etdiyini bildirib. Vitse-spiker vurğulayıb ki, bu qanunla bağlı artıq Avropa və dünya ölkələrinin təcrübəsi öyrənilir.

“Ancaq bildiyimiz qədər, Avropanın bu günə kimi 20-25 ölkəsində diffamasiya ilə bağlı qanun yoxdur. Bu bizim üçün çox maraqlıdır ki, nəyə görə Avropanın bu cür inkişaf etmiş ölkələrində hələ də belə bir qanun qəbul edilməyib”,-deyə B.Muradova qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi