Xidmət rəhbəri: “Qaynar xətt”ə zəng edin ki, problem tez həll olunsun”
Yay mövsümündə suya tələbat çoxalır. Xüsusən də sərinləşdirici içkilərə. Bəzi işbazlar həmişəki kimi vətəndaşın tələbatını şəxsi maraqlarına qurban verir. Süni qiymət artımına əl ataraq sərinləşdirici içkiləri qabların üzərindəki qiymətlərdən baha satırlar. Satıcılara narazılıq bildirəndə də kəskin şəkildə deyilən cavab bu olur: “Bizdə bu qiymətədir!”.
Modern.az əməkdaşının müşahidələri göstərir ki, bu cür hallar daha çox paytaxtın mərkəzi hissəsindəki yeni köşklərdə, dükanlarda və istirahət guşələrindəki səyyar satış obyektlərində təsadüf edilir.
Modern.az-a açıqlamasında süni qiymət artımı hallarını şərh edən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib: “Mütəmadi olaraq istehlak bazarında həm kefiyyətsiz məsulların satışdan çıxarılması, həm də istehlakçıların aldadılması əleyhinə monitorinq aparırıq”. A.Əliyevin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyində istehlakçıların hüquq məsələləri ilə bağlı
195-2 telefon-məlumat mərkəzi, habelə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüqüqunun Müdafiyəsi Dövlət Xidməti “qaynar xətti”
(012 498-15-01; 012 498-15-04) fəaliyyət göstərir. Hər hansı qanun pozuntusu ilə rastaşdıqda vətəndaşlar bu xidmətlərə müraciət etməlidir ki, məsələ operativ qaydada araşdıraraq qanunvericilik çərçivəsində həll edilsin.
Aygün Nizamiqızı