Modern.az

"Avro-2012"də II tur yekunlaşdı - Turnir cədvəli

"Avro-2012"də II tur yekunlaşdı - Turnir cədvəli

Təhsil

16 İyun 2012, 09:21

Ukrayna və Polşada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.

Modern.az-ın məlumatına görə, turnirin səkkizinci günündə - iyunun 15-də daha iki qarşılaşma baş tutub.

İlk öncə meydana təşkilatçı ölkə Ukrayna yığması çıxıb. Lakin leysan matçı bir saat gecikdirib. Bununla belə oyun baş tutub. Fasiləyə 0:0 hesabı ilə yollanan komandaların duelində qollar ikinci hissədə vurulub. Matçın 53 və 56-cı dəqiqələrində fərqlənən Fransa millisi turnirdə ilk qələbəsini qazanıb - 2:0. 

Günün son qarşılaşmasında isə İsveç və İngiltərə milliləri üz-üzə gəlib. İlk görüşün meydan sahibləri Ukraynaya 1:2 hesabı ilə uduzan İsveç bu dəfə daha çətin sınaq qarşısında idi. Ötən oyun Fransa ilə 1:1 bərabərə qalan ingislər turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi ki, bunu da bacarıblar. Ümumilikdə 5 qolun vurulduğu görüş 3:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb. 
Beləliklə, iki turdan sonra turnir cədvəlləri aşağıdakı kimidir: 

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Fransa

2

1

1

0

3-1

4

2

İngiltərə

2

1

1

0

4-3

4

3

Ukrayna

2

1

0

1

2-3

3

4

İsveç

2

0

0

2

3-5

0


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Rusiya

2

1

1

0

5-2

4

2

Çexiya

2

1

0

1

3-5

3

3

Polşa

2

0

2

0

2-2

2

4

Yunanıstan

2

0

1

2

2-3

1


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Almaniya

2

2

0

0

3-1

6

2

Portuqaliya

2

1

0

1

3-3

3

3

Danimarka

2

1

0

1

3-3

3

4

Hollandiya

2

0

0

2

1-3

0


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

İspaniya

2

1

1

0

5-1

4

2

Xorvatiya

2

1

1

0

4-2

4

3

İtaliya

2

0

2

0

2-2

2

4

İrlandiya

2

0

0

2

1-7

0

Bu gün qrup mərhələsində III turun oyunlarına start veriləcək. Ötən oyunlardan fərqli olaraq bu dəfə hər iki görüş eyni saatda - Bakı vaxtı ilə 23:45-də başlayacaq. Aktivində cəmi 1 xalı olan Yunanıstan yığmasını bu görüşdə yalnız qələbə razı sala bilər. Bu oyuna qədər 4 xalla qrup lideri olan Rusiya millisini isə bir xal da qane edəcək.

Günün digər qarşılaşmasında isə meydan sahibləri Polşa və Çexiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Son iki oyunda meydanı heç-heçə ilə tərk edən Polşa millisi qrupdan çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Polşa turnirdə mübarizəni erkən dayandırmalı olacaq.  

 
Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!