Modern.az

Bayram Səfərov: “Din qardaşın səni müdafiə etmirsə, başqası necə etsin...”

Bayram Səfərov: “Din qardaşın səni müdafiə etmirsə, başqası necə etsin...”

Təhsil

19 İyun 2012, 12:26

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ABŞ, Rusiya və Fransa prezidentlərinin dünən Meksikada keçirilən böyük iyirmiliyin sammitində Dağlıq Qarabağ haqda səsləndirdikləri bəyanatı Modern.az-a şərh edib.

İcma sədri prezidentlərin münaqişənin sülh yolu ilə həll edilməsi barədə fikirlərini müsbət qiymətləndirərək, Azərbaycan tərəfinin də bunu dəstəklədiyini bildirib:

“Biz də münaqişənin mümkün qədər sülh yolu ilə həllinin tərəfdarıyıq. Təbii ki, biz də istəmərik ki, Qarabağ münaqişəsini həll etmək üçün ölüm olsun, qırğın olsun. Çox istərdik ki, danışıqlar bundan sonra da uğurla davam etsin. Münaqişə sülh və danışıqlar yolu ilə öz həllini tapsın”.

B.Səfərov ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasını yerinə yetirən ölkələrin münaqişənin həllindəki rolundan danışaraq, məsələnin daha çox daxili birlikdən keçdiyini vurğulayıb.

“Təsəvvür elə, sən daxildə özün-özünü müdafiə edə bilmirsən. Heç kim, nə xalqın, nə millətin, nə də öz din qardaşın səni müdafiə edirsə, başqaları səni necə müdafiə etsin. Bu baxımdan biz hər zaman olduğu kimi, indi də münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”,- deyə B.Səfərov əlavə edib.

G-20”- “20-lik Qrupu”nun Meksikanın Los Kabos şəhərində keçirilən zirvə toplantısında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Holland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə sadiq qalırlar. Onlar münaqişə tərəflərinə müraciət edərək uzun müddətli və dinc nizamasalma yolunun əldə edilməsi üçün lazim olan vacib qərarların qəbul edilməsini gecikdirməməyə çağırıblar.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı