Modern.az

AZAL “Yeni Müsavat”dan yarım milyon manat təzminat istədi

AZAL “Yeni Müsavat”dan yarım milyon manat təzminat istədi

Təhsil

19 İyun 2012, 13:33

“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Modern.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə,  AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzeti məhkəməyə verərək 500 min manat təzminat istəyib. 

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı