Modern.az

Gəncə Alüminium zavodunda uçqun - 2 nəfər öldü

Gəncə Alüminium zavodunda uçqun - 2 nəfər öldü

19 İyun 2012, 13:45


Gəncədə yerləşən Alüminium zavodunda baş verən uçqunda iki nəfər dünyasını dəyişib. 
Bu barədə məlumatı Modern.az-a Gəncə Şəhər Baş Polis İdarəsindən veriblər. Məlumata görə, Gəncə “Gil-Torpaq” İstehsalat Birliyinin ərazisində yerləşən köhnə poladəritmə sexində söküntü işləri aparılarkən beton tavan uçub. Ucqun zamanı iki nəfər fəhlə beton altında qalaraq dünyasını dəyişib.  Ölənlər 1975-ci il təvəllüdlü Vyaçeslav Feyzullayev və 1977-ci ildə anadan olmuş Səlim Seyfullayevdir. Baş vermiş hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən zavoda müraciət etsək də, cəhdlərimiz alınmayıb.   
Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi