Modern.az

Nəqliyyat Nazirliyi və DYP çoxlu sürücü saxlayıb - REYD

Nəqliyyat Nazirliyi və DYP çoxlu sürücü saxlayıb - REYD

19 İyun 2012, 16:21

Bu gün Bakı-Sumqayıt yolunda yerləşən “Ekologiya” postunda Nəqliyyat Nazirliyinin və DYP-nin əməkdaşları birgə reyd keçiriblər. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib. Nazirlik rəsmisi bu reydlərin birgə daha effektli olduğunu bildirib:

“Qeyri-qanuni taksi və avtobus sürücülərinə, yük maşınlarına qarşı hər zaman birgə reydlərimiz olur. Tam nə qədər sürücünün saxlanması haqqında məlumatı hələki demək mümkün deyil”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev reydlərin davam etdiyini deyib. DYP rəsmisi reydlərin bir neçə gün davam edəcəyini bildirib: 

“Minik avtomobilində qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər, təhlükəsizlik elementləri ilə təchiz olunmamış nəqliyyat vasitələri ilə sərnişinlərin daşınması, xüsusilə gecə saatlarında yorğun vəziyyətdə avtomobil idarə edənlərə qarşı reyd davam edir. Bu kimi halların ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarmasını nəzərə alaraq, Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birlikdə müvafiq reydlər keçirilir. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkar edildikdə, onlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfimndən müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilirlər. Saxlanınlar çoxdur, hələki dəqiq məlumat vermək mümkün deyil”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi