Modern.az

Bakıda qumarxana aşkarlanıb

Bakıda qumarxana aşkarlanıb

20 İyun 2012, 16:52

İyunun 18-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, R.Behbudov küçəsi 8, mənzil 12 ünvanında yerləşən, fərdi sahibkar Quliyev İsrafil Əjdər  oğluna məxsus ictimai iaşə obyektində qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların  təşkil olunduğu aşkar edilib.

Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, obyektdə özünü Cəfərov Müzəffər Sərdar oğlu kimi təqdim edən şəxs uduşlu oyunların operatoru vəzifəsini icra etdiyini bildirib. Nəzarət zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən olunub.   

Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən ümumilikdə 9 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülüb.

Qanunsuz oyunların təşkilatçılarının dəqiqləşdirilməsi, əldə edilmiş gəlirin və vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim  edilib.

Fakt üzrə araşdırmalar davam edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi