Modern.az

Azər Həsrət komanda yığır

Azər Həsrət komanda yığır

21 İyun 2012, 16:53

Tanınmış jurnalist Azər Həsrət yeni media təşkilatı yaradır. Onun təsis etməyə hazırlaşdığı qurum ətrafında bir sıra tanınmış qələm sahiblərinin birləşəcəyi gözlənilir.
Modern.az-ın məlumatına görə, Azər Həsrət bir sıra tanınmış KİV təmsilçisi ilə bir araya gəlib. Görüşdə yeni media qurumunun yaradılması istiqamətində müzakirələr aparılıb. Media qurumunun İdarə Heyətinə daxil olacaq KİV təmsilçilərinin iştirak etdikləri görüşdə yeni təşkilatın qeydiyyatdan keçməsi üçün görülməli olan işlər və ondan sonra atılacaq addımlara dair konkret vəzifə bölgüsü aparılıb.
Azər Həsrət hələki bu barədə ətraflı danışmaq istəmir, o, deyib ki, təşkilatın yaradıldığı elan olunduqdan sonra geniş məlumat verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi