Modern.az

Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilib

Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilib

Təhsil

23 İyun 2012, 15:02

Uşaqlar, yeniyetmələr, gənclər və əsgərlər arasında vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən iki ayrı layihə -Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyası hazırlanıb.

Modern.az-ın məlumatına görə, böyük tirajla nəşr olunmuş “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyasının artıq hərbi hissələrə, orta və ali təhsil məktəblərinə verilməsinə başlanılıb.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filminin və “Şəhidim” musiqi kompozisiyası ilk öncə geniş şəkildə əsgərlərə  təqdim olunacaq.

Disik təqdimatı ilə bağlı ilk tədbir 26 iyun Silahlı Qüvvələr günü münasibətilə ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə  keçiriləcək. Mərasimdə millət vəkilləri, Qarabağ Müharibəsi Veteranlar Şurasının nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak edəcəklər.

Qeyd edək ki, “Müqəddəs zirvə” filmi Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edir. Sözləri millət vəkili Qənirə Paşayevaya, müsiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan “Şəhidim” musiqi kompozisiyası isə Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarına ithaf olunur.

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi