Dövlət Sərhəd Xidməti “Azadlıq” qəzetini məhləməyə verəcək. Bu barədə qurumun mətbuat xidmətindən Modern.az-a a verilən məlumata görə, “Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli nömrələrində Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə xəbər dərc olunub.
DSX-dən bildirilib ki, «Evrovision-2012» mahnı müsabiqəsi başa çatdıqdan sonra qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilibr və mənzillərdə təmirlə bağlı hər hansı çatışmamazlıq mövcud deyildir. Ərazidə olan obyektlərin söküntüsü isə planlı surətdə həyata keçirilir və yaşayış binasının qarşısının abadlaşdırılması məqsədini daşıyır.
Daxil olmuş informasiyanın həqiqətəuyğunluğunu dəqiqləşdirmədən, məsələyə Dövlət Sərhəd Xidmətinin münasibətini öyrənmədən, bu cür məlumatın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk.
Bu baxımdan DSX tərəfindən "Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli nömrələrində dərc olunmuş məqalələrin Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirməsini nəzərə alaraq tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması nəzərdə tutulub.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin zabit və gizir heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək şəxsi heyətin istifadəsinə verilmişdir. Cari ilin sonunadək isə daha 1000-dək mənzilin inşasının yekunlaşdırılması nəzərdə tutulub.
Modern.az