Modern.az

Yaşar Nuri Türkiyədən Bakıya qayıtdı - VİDEO

Yaşar Nuri Türkiyədən Bakıya qayıtdı - VİDEO

24 İyun 2012, 01:13

Azərbaycanın xalq artisti, məşhur gülüş ustası Yaşar Nuri İstanbuldan Bakıya qayıdıb. Azərbaycanı ağır koma vəziyyətində tərk etmiş Yaşar Nurinin özünə gəlməsi təxminən 2 ay vaxt tələb edib. Aktyoru qarşılamaq üçün Heydər Əliyev hava limanına gedən insanlar arasında ANS TV-nin müxbiri də olub.

Xalq artisti Yaşar Nurini hava limanında ailə üzvləri, qohumları, sənət dostları alqışlarla qarşılayıb. Yaşa Nurinin xanmı Rəhimə Nuriyeva bildirib ki, Yaşar Nuri müalicəsini demək olar ki, başa çatdırıb: “Yalnız həftədə bir dəfə Gömrük Xəstəxanasında həkim müayinəsindən keçəcək. 40 gündən sonra isə bir daha müalicəni nəticələrini bilmək üçün Türkiyəyə gedəcək”.

Xalq artisti özü isə səhhətinin yaxşı oldğunu deyib: “Azərbaycanda olmaq, vətənə sağ və salamat qayıtmaq çox sevinclidir. Ən çox sevindiyim isə təyyarədən vətəni seyr etməkdir. Hər şey çox gözəlləşib”.

Hər bir kəslə ayrı-ayrılıqda görüşən aktyor, bir daha xəstələnmək istəmədiyini də media mənsublarına açıqlayıb: “Türkiyədə mənə çox yaxşı baxırdılar. İlk əməliyyatdan sonra özümü qorumadım, düzdür içmədim, amma siqaretdən vaz keçə bilmədim. İndi görək necə olacaq. Allahın işidir, amma istəyirəm xəstələnməyim, o da deyilənlərə riayət etsəm...”



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi