Bu gün futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsində daha bir oyun keçirilib. Qitənin ən güclüləri olan İspaniya və Fransa yığmaları növbəti yarımfinala qəsiqə qazanmaq üçün mübarizə aparıblar. Futbol sevərlərin maraqla izlədiyi oyunda hesabı 19-cu dəqiqədə İspaniya yığması açıb. Xavi Alonsonun vurduğu möhtəşəm qollq önə keçən ispanlar ilk hissəni qələbə ilə başa vurublar. Matçın ikinci hissəsi isə maraqlı anlarla yadda qalıb. Matçın sonuncu dəqiqəsində Xavi Alonsonun penaltidən vurduğu qolla İspaniya Fransa üzərində qələbə qazanaraq turnirin yarımfinalına çıxıb.
Qeyd edək ki, İspaniya ½ finalda Portuqaliya millisi ilə qarşılaşacaq.
Modern.az