Dünən İraqın Azərbaycandakı səfirliyi Bakı Bisnes Mərkəzində Azəbaycanda təhsil alan iraqlı tələbələr üçün məzuniyyət törəni keçirib. Mərasimdə İraqın Azərbaycandakı səlahiyyətli səfiri Haydar Ş.Əlbarrak, səfirliyin işçiləri, tələbələr, müəllim kollektivi, media nümayəndələri iştirak edib.
Tədbiri açıq elan edən səfirr ilk olaraq tələbələri məzun olduqları üçün təbrik edib. Bu illər ərzində Azərbaycanda kifayət qədər biliyə yiyələndiklərinə əmin olduğunu vurğulayıb:
“Düşünürəm ki, bu illər ərzində iraqlı tələbələr təhsildə kifayət qədər uğurlara nail olublar. Mən əminəm ki, bu tələbələr öz vətənlərinə dönəndən sonra şərəfli işlərə yiyələnib ölkənin adını da qaldıracaqlar. Bu da iki ölkə arasında olan əlaqələrin daha da inkişaf etməsinə bir dəstək olacaq”.
Səfir çıxışının sonunda bütün məzunlara və aşağı kurs tələbələrinə hədiyyələr təqdim edib.
Sonra Tibb Universitetinin tələbəsi Əhməd Şahab Zənqənə bütün tələbələrin adından çıxış edib. O, çıxışında Azərbaycanla vidalaşan bütün tələbələrə uğurlu iş fəaliyyəti arzulayıb. Həmçinin öz müəllimlərinə, universitet rektoruna, dekanına da onlara bu illər ərzində dəstək olduqları üçün təşəkkürlərini çatdırıb “ Mən və Azərbaycanda təhsilini başa çatdıran bütün tələbələr İraqın adını daha da yüksək zirvələrə qaldıracağımıza dair söz veririk “ .
Mərasimdə daha sonra söz musiqiyə verilib. Tələbələr İraq-Türkman milli rəqslərini və musiqilərini ifa ediblər.
Modern.az