Modern.az

İlham Əliyev hərbi təhsil məktəbinin buraxılışında - FOTOLAR

İlham Əliyev hərbi təhsil məktəbinin buraxılışında - FOTOLAR

25 İyun 2012, 14:37


İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülü. (AzərTAc)
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport veriblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış olub.
Prezident İlham Əliyev sonra mərasimin keçirildiyi stadiona gəlib.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları “Salam, gənc zabitlər!” sözləri ilə salamlayıb.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və mərhum dövlət başçısı Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səslənib.
Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söyləyib.
Sonra Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunublar.
Dövlət başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim edib. Ali Baş Komandan onları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.
Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edilib.
Sonra məzunların buraxılış mərasimi davam etdirilib. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirilib, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşıb.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.




Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi