Modern.az

“Azərsu” su anbarlarını dezinfeksiya edib

“Azərsu” su anbarlarını dezinfeksiya edib

25 İyun 2012, 17:02

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların su təchizatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi  istiqamətində kompleks tədbirləri davam etdirir. İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək məqsədilə Bakı şəhərindəki mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması davam etdirilir.
Qurumdan Modern.az-a bildirilib ki, 2012-ci ilin mart ayından indiyə qədər “+ 69 Şərq”, “+ 110 Qərb”,  və Maştağa mərkəzi su anbarlarının yuyulması başa çatdırılıb. Bununla yanaşı “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da  yuyulması təmin edilib. Tərtib olunmuş qrafikə uyğun olaraq Nərimanov rayonunda 30, Binəqədidə  28,  Yasamalda 27, Suraxanıda 24, Nizamidə  23, Xətaidə 9, Nəsimidə 6 və Səbail rayonunda 2 məhəllədaxili anbar  yuyulub dizenfeksiya olunub və proses kompleks şəkildə aparılaraq ciddi nəzarət altında həyata keçirilib.

Yuyulma prosesində anbarlar tamamilə boşaldılıb və onların dib hissəsi lil çöküntülərindən təmizlənib. Daha sonra anbarların istismara yararlı olub-olmaması  mütəxəssislər tərəfindən yoxlanılıb, təhlükə doğura biləcək hallar müəyyənləşdirilərək təmir-bərpa işləri aparılıb. Dezinfeksiya işlərindən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi