Modern.az

Orxan Kərimov ürəyindən əməliyyat olunub

Orxan Kərimov ürəyindən əməliyyat olunub

27 İyun 2012, 15:20

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov bu gün ürəyindən əməliyyat olunub. O. Kərimovun qardaşı Paşa Kərimovun Modern.az-a verdiyi məlumata görə,  cərrahiyyə əməliyyat bu gün olub.
“Orxan bu gün Mərkəzi Klinikada ürəyindən əməliyyat olundu. Həkimlər bildirib ki, əməliyyatı gecikdirmənin müəyyən təsirləri olub. Buna baxmayaraq, əməliyyat yaxşı keçib və vəziyyəti normaldır”.

Qeyd edək ki,  Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.  Amma  prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib. 

 

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir