Modern.az

Metroda qapıları tutub saxlayanlar 50 manat cərimələnəcək

Metroda qapıları tutub saxlayanlar 50 manat cərimələnəcək

Təhsil

29 İyun 2012, 13:18

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun layihəsi təsdiq edilib.

Qanun layihəsində edilən dəyişiklikdə Bakı Metropoliteni ilə bağlı xüsusi bənd əlavə edilib. Sənədə əsasən metro qatarlarının hərəkətinə mane olan şəxslərə qarşı cərimələrin tətbiq edilməsi qeyd edilib. Belə ki, parlamentdə təsdiq edilən qanuna müvafiq olaraq, metronun hərəkətinə mane olan və həmçinin hərəkət zamanı vaqonun qapılarını açmağa cəhd göstərən şəxslər 50 manat məbləğində cərimə olunacaqlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir