Modern.az

TQDK magistr olmaq istəyənlərə xəbərdarlıq etdi

TQDK magistr olmaq istəyənlərə xəbərdarlıq etdi

Təhsil

29 İyun 2012, 16:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçiminə ayrılmış vaxt 30 iyun 2012-ci il saat 12-00-dək uzadılıb.

Bildirilib ki, 500 nəfərə yaxın bakalavr ixtisas seçimi aparıb, lakin elektron ərizələrini təsdiq etməyiblər.

Qeyd edək ki, həmin bakalavrlar bu müddətədək elektron ərizələrini təsdiq etməlidirlər. Əks halda onlar müsabiqəyə buraxılmayacaqlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir