Modern.az

Ramil Usubov iki Polis idarəsinin yeni binasında açılış edib - FOTO

Ramil Usubov iki Polis idarəsinin yeni binasında açılış edib - FOTO

30 İyun 2012, 16:53


Azərbaycan Polisinin peşə bayramı ərəfəsində paytaxtın Nizami Rayon və Sumqayıt Şəhər  Polis idarələrinin yeni inzibati binalarının açılışı olub. Hər iki tədbirdə daxili işlər naziri,  general-polkovnik Ramil Usubov da iştirak edib.

Əvvəlcə daxili işlər naziri Nizami RPİ-nin yeni inzibati binasının açılışına qatılıb.

Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əlıyev yeni binanın inşası və texniki parametrləri barədə ətraflı məlumat verərək deyib ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 3400 kvadratmetrə yaxındır. Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təmin edilib. Burada Növbətçi hissə, 67 xidməti otaq, Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi, akt zalı, yeməkxana və digər xidməti otaqlar yaradılıb.  Qeyd olunub ki, 28 yerlik Müvəqqəti Saxlama Təcridxanası xüsusi təyinatlı mebel və inventarlarla təchiz olunub. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və digər mühəndis qurğular tikilib.

Nazir Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına və digər yardımçı sahələrə baxıb,
Daha sonra nazir yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb, onları əlamətdar hadisələr münasibətilə təbrik edib, tövsiyyə və tapşırıqlarını  verib.

Daha sonra daxili işlər naziri Sumqayıt Şəhər Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Məlumat verilib ki, müasir memarlıq və arxitekturanın qabaqcıl elementlərini özündə birləşdirən, yüksək zövqlə və dizaynla inşa edilmiş obyektin tikintisi 14 aya tamamlanıb.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb. Görülən işləri yüksək qiymətləndirən nazir Sumqayıt ŞPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə edib.  

Daha sonra cənab Ramil Usubov Sumqayıt ŞPİ-nin əməkdaşları ilə görüşərək cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışıb, konkret tapşırıq və tövsiyyələrini verib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, indiyədək Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində, mərkəzi park və xiyabanlarda "Təhlükəsiz şəhər" sisteminin 85 kamerası quraşdırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək