Modern.az

Orxan Kərimov xəstəxandan çıxıb

Orxan Kərimov xəstəxandan çıxıb

Təhsil

2 İyul 2012, 12:41

“Orxan Kərimovun səhhəti indi yaxşıdır. Amma ayağında ağrılar var, yeriməkdə çətinlik çəkir”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun qayınatası Gülağa Əhmədov deyib. Onun sözlərinə görə, O. Kərimov şənbə günü xəstəxanadan çıxıb, hazırda evindədir.

G. Əhmədov bildirib ki, O. Kərimovun səhhəti düzələndən sonra, nə vaxt  məhkəmə təyin olunsa, məhkəmədə iştirak edəcək və öz hüquqlarının bərpası üçün çalışacaq.

Müsahibimiz media vasitəsilə Prezident İlham Əliyevə öz təşəkkürünü də bildirib: “Onun əməliyyatı üçün şərait yaradıldığı və həbsxandan çıxmasına icazə verildiyi üçün çox sağ olsunlar”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək