Modern.az

Dövlət Baytarlıq Xidməti: “Hindistandan gətirilən camış ətindən kolbasa hazırlanır”

Dövlət Baytarlıq Xidməti: “Hindistandan gətirilən camış ətindən kolbasa hazırlanır”

2 İyul 2012, 16:52

“Bu ilin beş ayı ərzində Azərbaycana 120 ton mal, 14,5 ton qoyun, 1578 ton camış, 774 ton donuz əti, 1200 ton isə donuz piyi gətirilib”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Modern.az-a verdiyi məlumata görə, xarici ölkədən Azərbaycana ət və ya ət məhsulunun idxalından əvvəl ilk növbədə həmin ölkənin epizootik vəziyyəti araşdırılır.

"Yalnız idxal olunacaq məhsulun keyfiyyəti və digər müvafiq sənədlər alındıqdan sonra məhsul ölkəyə gətirilir. İdxal olunan hevandarlıq məhsulları təkrar baytar müayinəsindən keçirilir. Gətirilən ətlərdən  mütəmadi olaraq seçmə üsulla nümunələr götürülür. Bakterioloji, epidemioloji, texniki çirklənmə, radioloji çirklənmə müayinələri aparılır. Bu müayinələr zamanı həmin məhsullar göstərilən standartlara cavab verirsə, həmin məhsulun satışına icazə verilir".

Y.Xanvəlinin sözlərinə görə, bu il ölkəyə Hindistandan 1578 ton camış əti idxal olunub”.

Ümumiyyətlə bu ilin beş ayı ərzində ölkəyə 120 ton mal əti, 14,5 ton qoyun əti gətirilib. Eləcədə, idxal olunan camış ətinin miqdarı  1578 ton olub. Y. Xanvəlinin dediyinə görə, Azərbaycana donuz əti də gətirilib. Belə ki, cari ilin beş ayı ərzində ölkəyə 774 ton donuz əti, 1200 ton  donuz piyi gətirilib:

“Bildiyiniz kimi donuz əti, piyi, eləcə də camış əti kolbasa məhsulu hazırlamaq üçün istifadə olunur. Bu istiqamətdə də heç bir problem olmayıb. İdxal olunan  məhsullar göstərilən standartlara cavab verib”.

Gültəkin Ələsgər  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək