Modern.az

Müharibə veteranları üçün prezident təqaüdü təsis edildi

Müharibə veteranları üçün prezident təqaüdü təsis edildi

2 İyul 2012, 19:21

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsəd daşıyır.

Sərəncama görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilir.
Bu təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödəniləcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək