52 saylı Quba seçki dairəsi üzrə millət vəkili Vahid Əhmədov Qubadakı ofisində seçiciləri ilə növbəti qəbulunu keçirib.
Modern.az Millət vəkilinin köməkçisi Arif Orucov Modern.az-a bildirib ki, hər ay ənənəvi olaraq təşkil edilən qəbulda bu dəfə 45 seçici olub. Qəbulda 52 saylı Quba seçki dairəsinin ərazisinə daxil olan yaşayış məntəqələrinin sakinləri ilə yanaşı, digər seçki dairələri üzrə, hətta digər rayonlardan da vətəndaşlar olub. Millət vəkili Vahid Əhmədov hər bir vətəndaşın problemlərinin ayrı-ayrılıqda dinləyib, müəyyən məsləhət və tövsiyyələrini verib, aidiyyatı şikayətlərin həlli istiqamətində müxtəlif qurumlara yerindəcə müraciət edib. Qəbula gələn vətəndaşların əsas şikayəti ünvanlı sosial yardımlarının təyin olunmaması və ya ödənişlərin verilməsində problemlərdən ibarət olub. Dəfələrlə bu barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq şikayətçilər bu səhədə hələ də rüşvətxorluq və korrupsiya hallarının müşahidə edildiyini bildiriblər. Bir qisim şikayətçilərin şikayətlərini yazılı şəkildə millət vəkilinə ünvanlamalı olduqlarını bildirən A.Orucov əlavə edib ki, qəbula yazılan hər kəs, eləcə də arzu edənlər millət vəkili ilə görüşə bilib.Qeyd edək ki, V.Əhmədov vətəndaşların növbəti qəbulunu avqust ayında həyata keçirəcək.
|
|
|
|
|
|