Modern.az

NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlib

NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlib

5 İyul 2012, 11:57

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib. Modern.az-ın məlumatına görə, Ceyms Appaturay bu gün Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.

NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək.
Ceyms Apaturay Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin açılış mərasiminə qatılıb.

APA-nın məlumatına görə, C. Appaturay jurnalistlərə açıqlamasında ANAMA-nın mövcud texniki imkanlarını yüksək qiymətləndirib, NATO-nun dəstəyi ilə bir sıra layihələr reallaşdırıldığını vurğulayıb.

Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəlikdə olmadığını deyən Appaturay Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib. O, NATO-nun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini vurğulayıb. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin açılış mərasiminə qatılıb.

C. Appaturay jurnalistlərə açıqlamasında ANAMA-nın mövcud texniki imkanlarını yüksək qiymətləndirib, NATO-nun dəstəyi ilə bir sıra layihələr reallaşdırıldığını vurğulayıb.

Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəlikdə olmadığını deyən Appaturay Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib. O, NATO-nun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək