Modern.az

Bakı məktəblərinə ən çox boş iş yeri hansı rayondadır?

Bakı məktəblərinə ən çox boş iş yeri hansı rayondadır?

5 İyul 2012, 13:52

Bakının ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üçün vakant yerlər artıq bəllidir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 293 müəllim yerinin vakant élan olunduğu müsabiqədə ən böyük tələb fiziki tərbiyə, ibtidai sinif və ingilis dili müəllimlərinədir.

Belə ki, fiziki tərbiyə fənni üzrə 45 (Azərbaycan bölməsi üzrə 39, rus bölməsi üzrə 6), ibtidai sinif üzrə 39 (Azərbaycan bölməsi üzrə 26, rus bölməsi üzrə 13), ingilis dili üzrə isə 37 (Azərbaycan bölməsi üzrə 32, rus bölməsi üzrə 5) yer vakant élan olunub. Qeyd edək ki, ümumilikdə Azərbaycan bölməsi üzrə 237, rus bölməsi üzrə 56 müəllimə ehtiyac var. Digər fənlər üzrə boş yerlər isə aşağıdakı kimidir:

Azərbaycan dili və ədəbiyyat üzrə 11 (bütün yerlər Azərbaycan bölməsi üzrə), riyaziyyat üzrə 23 (18/5), informatika üzrə 25 (17/8),  fizika üzrə 9 (8/1), kimya üzrə 7 (bütün yerlər Azərbaycan bölməsi üzrə), biolgiya üzrə 5 (bütün yerlər Azərbaycan bölməsi üzrə), tarix üzrə 17 (14/3), coğrafiya üzrə 21 (15/6), alman dili üzrə 1 (rus bölməsi üzrə), Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri üzrə 20 (bütün yerlər Azərbaycan bölməsi üzrə), əmək hazırlığı üzrə 17 (11/6), musiqi və nəğmə üzrə 12 (10/2), təsviri incəsənət və rəsmxətt fənni üzrə 4 (bütün yerlər Azərbaycan bölməsi üzrə).  Ən çox vakant yerin olduğu rayon Xəzər (57 yer), ən az olduğu rayon isə Yasamaldır (6 yer). 


Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək