Modern.az

Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı

Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı

27 Oktyabr 2020, 22:28

“Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi”.

 

Modern.az xəbər verir ki, bu fikirlər Təhsil naziri Emin Əmrullayevin “facebook” səhifəsində yer alıb.

 

“Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”, - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı