Ədliyyə Nazirliyi Pentensiar xidmətinin 3 saylı İstintaq təcridxanasının rəisi Aslan Mirzəyev təqaüdə buraxılıb. Bu barədə Ədliyyə Nazirliyi Pentensiar xidmətin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 3 saylı İstintaq təcridxanasının rəisi vəzifəsini icra edən ədliyyə mayoru Aslan Mirzəyevin təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilib.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Aslan Mirzəyevin təcrübəli və intizamlı bir əməkdaş olmaqla 40 ildən artıq bir müddətdə tutduğu vəzifələrdə sədaqətlə xidmət etdiyini, işə münasibətilə digər əməkdaşlara daim nümunə olduğunu bildirərək, 60 illik yubileyi ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və şəxsi heyət adından onu təbrik edib. 40 ildən artıq müddətdə qüsursuz xidmətə görə və eləcə də 60 illik yubileyi münasibətilə Aslan Mirzəyevə Ədliyyə Nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyə təqdim olunub.