Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CINeration yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim etdi.
Azərbaycanda bir ilk olan bu layihə Bakcell-in doğurdanda İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirdi. Tədbirdə çıxış edən Təhsil Naziri və Bakcell-in Baş Marketinq Direktoru ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunlarını təbrik etmiş, onlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulamışlar. Təhsillərini fərqlənmə ilə bitirmiş məzunlara Bakcell-dən 1 il limitsiz İnternetli Sür@ data kardları hədiyyə edilmiş, fəal tələbələrə isə CINeration nömrələri pulsuz olaraq paylanmışdır. Azərbaycan səhnəsində ilk dəfə olan Nyuşa (Rusiya), Cəza (Türkiyə), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran və DJ Shock məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında öz ifaları ilə gənclərimizi sevindirdilər. Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə edə bilərsiniz. . www.bakcell.com www.facebook.com/bakcell