Ali məktəblərə III ixtisas qrupu üzrə sənəd verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni bu gündən çap etdirə bilər. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, iyulun 14-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu imtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər iyulun 10-dan etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər.
I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.
IV və II ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcək.
Modern.az