Modern.az

Mehriban Əliyeva açılışda iştirak edib

Mehriban Əliyeva açılışda iştirak edib

10 İyul 2012, 17:19

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Modern.az xəbər verir ki, 27 nömrəli uşaq bağçası ötən əsrin əvvəllərində tikilib və tamamilə yararsız vəziyyətdə idi. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq əsaslı surətdə təmir olunan bağçada bütün avadanlıq və inventarlar yenilənib. Bağçada 4 qrupda 80 uşaq təlim-tərbiyə alacaq. Burada musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi də fəaliyyət göstərir. Bağçada uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb.
M. Əliyeva uşaq bağçasında yaradılan  şəraitlə yaxından tanış olub. Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra 325 nömrəli uşaq bağçasına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və  Leyla xanım Əliyevaya  burada həyata keçirilən işlər barədə məlumat verilib.Bildirilib ki, ikimərtəbəli binada yerləşən bağçanın bütün avadanlığı və inventarı yenilənib. Bağçada 5 qrupda hərəsində 20 nəfər olmaqla, 3-6 yaş arası 100 uşaq təlim-tərbiyə alacaq. Burada da musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Uşaq bağçası ilə yaxından tanış olan M. Əliyeva kollektivə uğurlar arzulayıb.

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək