Modern.az

Mehriban Əliyeva Səbinə Babayeva ilə Alim Qasımovu təbrik edib

Mehriban Əliyeva Səbinə Babayeva ilə Alim Qasımovu təbrik edib

10 İyul 2012, 21:40

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Xalq Artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb.

Modern.az-ın məlumatına görə, Mehriban Əliyeva Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək deyib:

 “Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir”.

 Birinci xanım 57-ci “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğulayıb və qeyd edbi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirib. Fondun prezidenti Azərbaycanın “Eurovision” müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırıb.

 Azərbaycanı “Eurovision-2012”də təmsil edən Xalq Artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını qeyd ediblər.

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək