Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan təmsilçisi "Xəzər Lənkəran" klubu bu axşam Estoniyada "Nomme Kalyu" komandası ilə qarşılaşıb.
Lənkəranda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ın səfərdə işi çətin idi.
Estoniyadakı oyunun birinci hissəsində Ruslan Abışovun qolu ilə "Xəzər Lənkəran" önə çıxıb. İkinci hissədə daha bir dəfə fərqlənən lənkəranlılar səfərdə 2:0 hesabı ilə qələbə qazanaraq, tarixi ərzində ilk dəfə mərhələ adlayıb. Bu, eyni zamanda "Xəzər Lənkəran"ın Avrokuboklarda qazandığı ilk qələbə olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti mərhələdə "Jetısu" (Qazaxıstan) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra Avropa Liqasının I təsnifat mərhələsində qələbə qazandıqlarına görə, çox şad olduqlarını vurğulayıb.