Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Modern.az-n AzərTAc-a istinadən verdiyi məlumata görə, Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Emoməli Rəhmon və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Modern.az