Modern.az

Abdulla Gül Azərbaycanla bağlı sənədlərə imza atdı

Abdulla Gül Azərbaycanla bağlı sənədlərə imza atdı

12 İyul 2012, 09:02

Türkiyə Prezidenti mətbuat xidmətinin məlumatına görə, iyulun 12-də Prezident Abdullah Gül Azərbaycan ilə imzalanmış iki sənədin təsdiq olunmasına dair qanunlara imza atıb.
AzərTAc xəbər verir ki, Türkiyə Prezidenti “Türkiyə Respublikası və Azərbaycan Respublikası hökumətləri arasında Azərbaycan Respublikası mənşəli və Azərbaycan Respublikasından tranzit keçən təbii qazın Türkiyə Respublikası ərazisi üzərindən nəqli üçün boru xəttinin inkişafı haqqında Anlaşma Paketinin təsdiq olunmasına dair 6342 saylı Qanun”u və “Türkiyə Respublikası və Azərbaycan Respublikası hökumətləri arasında Türkiyə Respublikasına təbii qaz satışına və Azərbaycan Respublikası mənşəli və Azərbaycan Respublikasından tranzit keçən təbii qazın Türkiyə Respublikası ərazisi üzərindən nəqli üçün boru xəttinin inkişafı haqqında Sazişin təsdiq olunmasına dair 6349 saylı Qanun”u təsdiq edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək