Modern.az

İslam Partiyasının sədr müavini vəfat edib

İslam Partiyasının sədr müavini vəfat edib

12 İyul 2012, 11:42

Azərbaycan İslam Partiyasının sədr müavini, həbsdə olan Abdullayev Vaqif Ağasahib oğlu ürək tutmasından dünyasını dəyişib. Partiyadan Modern.az-a verilən məlumata görə, 1951-ci il təvəllüdlü Abdullayev Vaqif Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib.

Qeyd edək ki, V.Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək