Modern.az

Azərbaycanlı deputat Serebrenitsa soyqırımını qınama tədbirlərində - FOTOLAR

Azərbaycanlı deputat Serebrenitsa soyqırımını qınama tədbirlərində  - FOTOLAR

Təhsil

12 İyul 2012, 12:51

Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Srebrenitsa bölgəsində  17-ci ili tamam olan  Srebrenitsa Soyqırımını qınama və qurbanlarını anma tədbirlərində iştirak edib. Bosniya və Hersoqovina dövlətinin rəsmiləri ilə yanaşı, bir sıra ölkələrdən gələn nümayəndə heyətlərinin iştirak etdiyi anma tədbirlərində ilk öncə Soyqırım abidəsinə cələnglər qoyulub və sayğı duruşunda dayanıblar. 

Millət vəkili Qənirə Paşayeva soyqırımı abidəsinə əklil qoyduqdan sonra Bosniya və Hersoqovina rəsmiləri, şəhid ailələrinin nümayəndələri ilə görüşərək Azərbaycan xalqının dərin kədər və üzüntüsünü çatdırıb.
“Ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlılar sizi daha yaxşı anlayır” - deyən millət vəkili onlara Azərbaycan xalqının başsağlığını da çatdırıb və bir daha bu cür cinayətlərin,soyqırımların təkrarlanmamasını dua etdiklərini deyib. Millət vəkili həmçinin təxminin 8500 nəfərin qətlə yetirildiyi Srebrenitsa soyqırımı zamanı qətlə yetirilmiş, uzun illər axtarışlardan sonra  kimlikləri müəyyən olunmuş 520 nəfərin cənazəsinin Potaçari şəhidliyində təşkil edilən dəfn mərasimində də iştirak edib. 
Şəhidlikdə soyqırım qurbanlarının yaxınları ilə birlikdə dua edən millət vəkili Qənirə Paşayeva ailə mənsublarını torpağa verən ailələrə başsaglığını verib və onların acı və dərdlərini bölüşdüklərini bildirib.





Modern.az
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək