Modern.az

“Borçalı” Cəmiyyəti yaylaq festivalı keçirəcək

“Borçalı” Cəmiyyəti yaylaq festivalı keçirəcək

Təhsil

12 İyul 2012, 13:39

“Borçalı” İctimai Cəmiyyəti hər il olduğu kimi bu il də “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” yaylaq festivalı keçirəcək. Modern.az xəbər verir ki, yüzlərlə insanın iştirak edəcəyi tədbirdə  Borçalı- türk fokloru və unudulmaqda olan elat mədəniyyəti elementləri təbliğ olunacaq.  
“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, Türk dünyasının diqqətini qədim türk yurdu Borçalıya yönəltmək, Azərbaycan – Gürcüstan – Türkiyə strateji müttəfiqliyinin vacibliyini təbliğ etmək də əsas hədəflərdəndir.

Tədbir 26 iyul tarixində Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında keçiriləcək. Tədbirdə elat ənənələri və nümunələri nümayiş olunacaq, güləş, cıdır, futbol yarışları keçiriləcək, geniş konsert proqramı nümayiş olunacaq.

“Borçalı” İctimai Cəmiyyəti arzu edən şəxsləri bu möhtəşəm bayram tədbirinə dəvət edir.

 

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək