Modern.az

Bakının bir komandası mərhələ adladı, o birisi dayandı

Bakının bir komandası mərhələ adladı, o birisi dayandı

12 İyul 2012, 23:39

İyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. Azərbaycan təmsilçiləri "İnter" və "Bakı" klubları da cavab matçına çıxıblar.

Səfərdə Estoniyanın "Trans" klubu 5:0 hesabı ilə darmadağın edən "İnter" üçün bu görüş artıq formal xarakter daşıyırdı. Bununla belə, komandamız doğma azarkeşləri önündə də qələbə qazanmağa çalışıb - 2:0.

Paytaxtın digər təmsilçisi "Bakı" isə Sloveniyada "Mura"nın qonağı olub. Bakıda baş tutan ilk görüşdə hesab açılmadığından cütün taleyinə məhz cavab matçında aydınlıq gələcəkdi. Bu görüşdə "Bakı"nı istənilən məhsuldar heç-heçə də qane edəcəkdi. Lakin rəqibinə 0:2 hesabı ilə uduzan "Bakı" mübarizəni dayandırıb. 

Qeyd edək ki, "İnter" növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.

Modern.az


 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək