Modern.az

İki avtobus marşrutunda 5 qəpik davası - sərnişinlərin şikayəti

İki avtobus marşrutunda 5 qəpik davası - sərnişinlərin şikayəti

Təhsil

13 İyul 2012, 13:08

Avtobus sürücüləri Tarif Şurasının qərarına əməl etmir

Bakının Hökməli qəsəbəsində 156 və Saray qəsəbəsində 12 nömrəli marşrutla işləyən avtobuslarda Tarif Şurasının müəyyənləşdirdiyi gediş haqqı 25 qəpik olsa da, sərnişinlərdən 30 qəpik alınır. İqtisadi İnkişaf Nazirliyi bununla bağlı dəfələrlə monitorinqlər aparsa da, problem hələ də öz həllini tapmayıb. Monitorinqlər zamanı Tarif Şurasının müəyyənləşdirdiyi gediş haqqı kağızda böyük şriftlərlə yazılaraq sərnişinlərin görəcəyi yerə vurulub. Lakin monitorinqdən sonra həmin vərəq gizlədilir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Modern.az sözügedən hər iki qəsəbə  sakinlərinin şikayətlərini nəzərə alaraq məsələni araşdırmağa çalışıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələdən xəbərsiz olduğunu və faktın araşdırılacağını dedi. Onun sözlərinə görə, ümumiyyətlə gedişhaqqından kənar hər hansı vəsaitin tələb olunması qanuna ziddir. Nazirlik rəsimisi onu da bildirdi ki, şikayət araşdırılacaq və məlumat özünü doğrultsa qanunla müəyyən tədbirlər görüləcək:
 “Qanunla süni qiymət artımına yol verilirsə və fakt öz təsdiqini tapırsa, onda süni qiymət artımı yolu ilə əldə olunan gəlir büdcəyə götürülür. Gedişhaqqı isə Tarif Şurasının müəyyənləşdirdiyi səviyyəyə qaytarılır. Odur ki, fakt araşdırılacaq. Əslində, istehlakçılar da öz hüquqlarını bilməli və tələb etməlidirlər. Biz də nazirlik olaraq bunula bağlı dəfələrlə maarifləndirmə işləri aparmışıq”.

Gültəkin Ələsgər  

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış